SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

"Vital Hospital"la bağlı iddialar araşdırılır: Səhiyyə Nazirliyi açıqlama verdi

👤 📅 👁 9 baxış ⏱ 2 dəq oxuma
"Vital Hospital"la bağlı iddialar araşdırılır: Səhiyyə Nazirliyi açıqlama verdi

Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, "Vital Hospital"la bağlı sosial şəbəkələrdə yayılan iddialar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətinə çatdırılıb.

Nazirlikdən verilən məlumata görə, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Bildirilib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat təqdim olunacaq.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan paylaşımda zərərçəkən şəxs "Vital Hospital"da ölü doğulan körpəsinin meyitinin morqa yerləşdirilmədiyini və zirzəmiyə atıldığını iddia edib.

Paylaşımda bildirilib ki, hamiləlik dövründə müayinələr və müalicələr aparılmasına baxmayaraq, körpə ölü doğulub. Zərərçəkən şəxsin iddiasına görə, hadisədən sonra körpənin meyiti ilə bağlı müvafiq prosedurlara əməl edilməyib.

Məsələ ilə bağlı klinikanın mövqeyini öyrənmək üçün əlaqə nömrələrinə edilən zənglərə cavab alınmadığı bildirilib. Klinikadan rəsmi açıqlama verilməyib.

A

Oxşar Xəbərlər