Xeberhub.com İdmanxeber.az-a istinadən xəbər verir ki, Qazaxıstanın "Kayrat" klubunda çıxış edən portuqaliyalı hücumçu Jorjinyo Azərbaycan komandalarının diqqət mərkəzindədir.
Məlumata görə, 28 yaşlı futbolçu ilə "Qarabağ" və "Turan Tovuz" klubları ilə yanaşı, Yunanıstanın OFİ və Kiprin "Pafos" komandaları da maraqlanır. Bildirilir ki, adıçəkilən klublar oyunçunun transferi ilə bağlı danışıqlar aparırlar.
Lakin Jorjinyo karyerasını Azərbaycanda davam etdirmək niyyətində olmadığı üçün onun ölkə klublarından birinə keçidi real görünmür.
Portuqaliyalı hücumçu ötən mövsüm "Kayrat"ın heyətində bütün turnirlər üzrə 34 qarşılaşmada meydana çıxıb. O, bu oyunlarda 11 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.