SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İdman

Qurban Qurbanov: “İnanın ki, illər məni səbirdən çıxarıb”

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
Qurban Qurbanov: “İnanın ki, illər məni səbirdən çıxarıb”

Qurban Qurbanov: “İnanın ki, illər məni səbirdən çıxarıb”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın futbolçularına qarşı göstərdiyi reaksiyaların illər ərzində dəyişdiyini bildirib.

Xeberhub.com xəbər verir ki, Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev”lə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında Cəbrayılın ilk görüşdə aldığı qırmızı vərəqə ilə bağlı sualı cavablandırıb.

Baş məşqçiyə əvvəlki illərdə Kevin Medina və Miçel Madeyranın qırmızı vərəqə almasına daha sərt reaksiya göstərdiyi xatırladılıb.

Q.Qurbanov bildirib ki, Cəbrayılın epizodu əvvəlki hadisələrdən fərqli olub:

“Yavaş-yavaş səbrim tükənir. Orada oyun epizodları var. Futbolçu üçün gözlənilməz qırmızı vərəqədir, rəqibi görmürsən, səni qabaqlayır. Bu cür epizodlarda penalti də olur. Həmin epizod fərqli idi”.

Baş məşqçi Kevin Medinanın qırmızı vərəqə aldığı epizodun fərqli xarakter daşıdığını qeyd edib:

“Medina Ağadadaş Salyanskiyə qarşı sərt oynamışdı. Ona görə əsəbiləşmişdim”.

Q.Qurbanov Miçel Madeyra ilə bağlı hadisəyə də toxunaraq, futbolçunun onun üçün xüsusi oyunçulardan biri olduğunu vurğulayıb.

“Miçelə nə qədər əsəbiləşsəm də, ən çox sevdiyim oyunçulardan biri olub. Məşqlərdə də çox danışırdı, işini 100 faiz yerinə yetirirdi. Ona bildirmişdim ki, qarşıda vacib oyun var, vərəqəyə diqqətli yanaşmalıyıq. Miçelə ona görə əsəbiləşmişdim. Adam bəzən sadə epizodlara görə əsəbiləşir”, - deyə Qurban Qurbanov bildirib.

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ” və “Dinamo Kiyev” arasında cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Komandalar arasında ilk matçda “Dinamo Kiyev” 1:0 hesabı ilə qalib gəlib.

A

Oxşar Xəbərlər