“Sabah” Çempionlar Liqası tarixində ilkə imza atıb
“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi debüt oyununda start heyətində 11 fərqli ölkəni təmsil edən futbolçulara yer verib.
Xeberhub.com xəbər verir ki, Azərbaycan çempionunun İngiltərədə “Mançester Yunayted”ə qarşı meydana çıxdığı ilk 11-likdə hər bir futbolçu ayrı-ayrı ölkəni təmsil edib.
“Sabah”ın start heyətində Qazaxıstanı Stas Pokatilov, Əlcəzairi Akim Zedadka, Azərbaycanı Rəhman Daşdəmirov, Cənubi Afrikanı Aden Makkarti, Polşanı Timoş Puxaç, Özbəkistanı Umarali Raxmonəliyev, Xorvatiyanı İvan Lepiniça, Serbiyanı Velko Şimiç, Yamaykanı Kaim Parrisi, Nigeriyanı Kristian Nvaçukvu, Ruandanı isə Coy-Lens Mikels təmsil edib.
Beləliklə, “Sabah” UEFA Çempionlar Liqası tarixində turnirdəki ilk oyununda start heyətində 11 müxtəlif ölkədən futbolçuya yer verən ilk komanda olub.