SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Lamin Yamalın evinə oğurluq cəhdi edildi

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
Lamin Yamalın evinə oğurluq cəhdi edildi

İspaniya millisinin və "Barselona"nın gənc futbolçusu Lamin Yamalın yaşadığı evə oğurluq məqsədilə daxil olmağa cəhd edilib.

Xeberhub.com xəbər verir ki, Medianews.az-ın yaydığı məlumata görə, hadisə İspaniya – Fransa matçından sonra Barselona yaxınlığındakı Espluqes-de-Lyobreqat şəhərində qeydə alınıb.

Məlumata əsasən, futbolçunun təhlükəsizliyini təmin edən mühafizəçilər müşahidə kameraları vasitəsilə evin hasarına qalxan iki şübhəli şəxsi aşkar ediblər. Bildirilir ki, maska taxan şəxslərdən biri qara, digəri isə boz rəngli geyimdə olub.

Şübhəlilər izlənildiklərini anladıqdan sonra hadisə yerini tərk edərək qaçıblar. Bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib və faktla bağlı araşdırmalara başlanılıb.

Məlumatda həmçinin qeyd olunur ki, həmin gün səhər saatlarında eyni elit yaşayış kompleksində daha iki oğurluq hadisəsi baş verib. Lakin bu faktlarla Lamin Yamalın evinə edilən oğurluq cəhdi arasında əlaqənin olub-olmaması hələlik məlum deyil.

A

Oxşar Xəbərlər