SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

Pentaqon silah ehtiyatlarının azalması ilə bağlı həyəcan təbili çaldı

👤 📅 👁 13 baxış ⏱ 2 dəq oxuma
Pentaqon silah ehtiyatlarının azalması ilə bağlı həyəcan təbili çaldı

Pentaqon silah ehtiyatlarının azalması ilə bağlı müdafiə şirkətlərinə göstəriş verdi

Xeberhub.com xəbər verir ki, The Washington Post-un yaydığı məlumata görə, ABŞ Müdafiə Nazirliyi İranla müharibə fonunda kritik silah ehtiyatlarının azalması səbəbindən ölkənin müdafiə sənayesi şirkətlərindən istehsal və tədarük həcmini artırmağı tələb edib.

Məlumata əsasən, ABŞ müdafiə nazirinin müavini Stiv Faynberq şirkətlərə kritik silahların istehsalının və çatdırılmasının sürətləndirilməsi ilə bağlı plan hazırlamaq üçün 21 gün vaxt verib.

Bildirilir ki, ABŞ ordusu THAAD hava hücumundan müdafiə sistemlərində istifadə olunan raketlərin təxminən 80 faizini, “Patriot” raketlərinin isə təxminən yarısını artıq istifadə edib.

Pentaqon silah istehsalının artırılması məqsədilə yeni istehsal müəssisələrinin yaradılmasını və mövcud istehsal imkanlarının genişləndirilməsini də nəzərdə tutur.

Bununla yanaşı, müdafiə sənayesinin əlavə maliyyələşdirilməsini nəzərdə tutan 1,15 trilyon dollarlıq müdafiə xərcləri layihəsinin hazırda ABŞ Konqresində təsdiqini gözlədiyi qeyd olunur.

A

Oxşar Xəbərlər