İlham Əliyev Sinqapur Prezidentini milli bayram münasibətilə təbrik edib
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın AZƏRTAC-a istinadən yaydığı məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamı ölkəsinin milli bayramı münasibətilə təbrik edib.
Dövlət başçısı təbrik məktubunda Sinqapur Prezidentinə və onun simasında bütün Sinqapur xalqına Azərbaycan xalqı adından səmimi təbriklərini çatdırıb.
İlham Əliyev Tarman Şanmuqaratnama möhkəm cansağlığı, fəaliyyətində uğurlar, Sinqapur xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.