UEFA Canni İnfantino ilə bağlı araşdırmaya başlaya bilər
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın “The Telegraph” qəzetinə istinadən yaydığı məlumata görə, UEFA FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırma başlada bilər.
Mümkün araşdırmanın İnfantinonun UEFA-da çalışdığı dövrdə onunla romantik münasibətdə olduğu iddia edilən qadın əməkdaşa ödəniş edilməsi ilə bağlı yayılan məlumatlarla əlaqəli olacağı bildirilir.
“The Telegraph” daha əvvəl yazıb ki, İnfantino UEFA-nın baş katibi olduğu müddətdə qurum onunla münasibətdə olduğu iddia edilən qadın əməkdaşa altırəqəmli məbləğdə kompensasiya ödəyib.
Mənbənin məlumatına əsasən, mümkün araşdırma İnfantinonun UEFA-da fəaliyyət göstərdiyi 2000-2016-cı illəri əhatə edə bilər.
Qeyd edək ki, İnfantino 2009-2016-cı illərdə UEFA-nın baş katibi vəzifəsində çalışıb. Daha sonra FIFA prezidenti seçilən İnfantino bu vəzifəyə iki dəfə alternativsiz qaydada yenidən seçilib.
İnfantino 2001-ci ildən evlidir və dörd övladı var.