Xeberhub.com Axar.az-a istinadən xəbər verir ki, “Qarabağ” klubu daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Ağdam təmsilçisindən ayrılacaq növbəti oyunçunun qapıçı Şahruddin Məhəmmədəliyev olacağı bildirilir. Azərbaycan millisinin üzvü olan 32 yaşlı qolkiperin yaxın günlərdə komandadan getməsi rəsmi şəkildə açıqlanacaq.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev ötən mövsüm “Qarabağ”ın heyətində cəmi 6 rəsmi qarşılaşmada iştirak edib.