SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Neftçi 2:0 üstünlüyünü qoruya bilmədi – Hesab bərabərləşdi

👤 📅 👁 3 baxış ⏱ 1 dəq oxuma
Neftçi 2:0 üstünlüyünü qoruya bilmədi – Hesab bərabərləşdi

Xeberhub.com Axar.az-a istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirilən "Neftçi" – "Dinamo" (Minsk) qarşılaşmasında hesab bərabərləşib.

Bakıda keçirilən görüşə sürətli başlayan "Neftçi" artıq 2-ci dəqiqədə Emin Mahmudovun qolu ilə hesabı açıb.

Paytaxt təmsilçisi üstünlüyünü qısa müddət sonra daha da artırıb. 8-ci dəqiqədə Belarus klubunun futbolçusu Aleksandr Selyava öz qapısına qol vuraraq hesabı 2:0 edib.

Lakin qonaqlar geri dönüş etməyi bacarıblar. 36-cı dəqiqədə Karen Vardanyan fərqlənərək hesab arasındakı fərqi minimuma endirib.

İkinci hissənin əvvəlində isə 47-ci dəqiqədə Yevgeni Malaşeviç qol vuraraq hesabı 2:2-yə çatdırıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu 30 iyulda Minskdə keçiriləcək. Cütün qalibi növbəti mərhələdə "Jelezniçar" (Serbiya) – "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

A

Oxşar Xəbərlər