SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Nepal millisi tarixində ilk dəfə Cənubi Asiya çempionatından kənarda qala bilər

👤 📅 👁 3 baxış ⏱ 2 dəq oxuma
Nepal millisi tarixində ilk dəfə Cənubi Asiya çempionatından kənarda qala bilər

Nepal millisi tarixində ilk dəfə Cənubi Asiya çempionatını buraxa bilər.

Xeberhub.com xəbər verir ki, "The Kathmandu Post" nəşrinin yaydığı məlumata görə, Beynəlxalq Futbol Federasiyasının (FIFA) Nepal Futbol Assosiasiyasını nizamnamə pozuntularına görə üzvlükdən çıxarması ölkə millisinin Cənubi Asiya çempionatında iştirakını sual altına salıb.

Məlumata əsasən, Cənubi Asiya Futbol Federasiyasının (SAFF) təşkil etdiyi turnirin 4–17 noyabr tarixlərində Banqladeşin paytaxtı Dəkkədə keçirilməsi planlaşdırılır. Lakin yarışın vaxtı və məkanı təsdiqlənsə də, Nepal yığmasının mümkün yoxluğu ilə bağlı təşkilati detallar hələ açıqlanmayıb.

Bildirilib ki, Nepal millisi son rəsmi oyununu martın 31-də Asiya Kubokunun seçmə mərhələsində Laos yığmasına qarşı keçirib və 0:1 hesabı ilə məğlub olub.

Nəşrin məlumatına görə, ölkə çempionatının dayandırılması, FIFA-nın tətbiq etdiyi sanksiyalar və çoxsaylı futbolçuların xaricə üz tutması Nepal futbolunda ciddi böhran yaradıb.

Qeyd olunub ki, FIFA-nın qərarı nəticəsində Nepal yığması və ölkə klubları beynəlxalq turnirlərdə iştirak hüququnu itirib. Eyni zamanda, ölkə FIFA və Asiya Futbol Konfederasiyasının (AFC) inkişaf proqramları, təlimləri və kurslarından da kənarda qalıb.

Məlumata görə, sanksiyaların tətbiqinə futbol assosiasiyasında seçki prosesi ətrafında yaranan mübahisələr və üçüncü tərəflərin seçkiyə müdaxiləsi səbəb olub.

A

Oxşar Xəbərlər