SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Qarabağ bu gün ÇSKA Sofiya ilə vacib sınağa çıxır

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
Qarabağ bu gün ÇSKA Sofiya ilə vacib sınağa çıxır

Xeberhub.com xəbər verir ki, Oxu.az-ın yaydığı məlumata görə, Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsində növbəti sınağına çıxacaq.

Ağdam təmsilçisi mərhələnin ilk oyununda Bolqarıstanın "ÇSKA Sofiya" klubunu qəbul edəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

"Qarabağ" bu mərhələyə İslandiyanın "Vestri" komandasını iki oyunun nəticəsinə əsasən 6:0 hesabı ilə məğlub edərək yüksəlib.

Bolqarıstan təmsilçisi "ÇSKA Sofiya" isə əvvəlki mərhələdə Şimali İrlandiyanın "Derri Siti" klubunu hər iki görüşdə məğlub edərək növbəti raunda vəsiqə qazanıb. Komanda ilk oyunda 2:1, cavab matçında isə 3:2 hesablı qələbə əldə edib.

Tərəflər arasında cavab qarşılaşmasının iyulun 30-da keçirilməsi nəzərdə tutulub. Bu iki oyunun yekununda qalib gələn komanda UEFA Avropa Liqasının növbəti təsnifat mərhələsinə yüksələcək.

A

Oxşar Xəbərlər