SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Rusiya Qara dənizdə Ukraynanın istifadə etdiyi yük gəmilərinə zərbə endirdi

👤 📅 👁 4 baxış ⏱ 1 dəq oxuma
Rusiya Qara dənizdə Ukraynanın istifadə etdiyi yük gəmilərinə zərbə endirdi

Xeberhub.com xəbər verir ki, AZƏRTAC-ın yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri Qara dəniz akvatoriyası və Çernomorsk limanı istiqamətində Ukrayna ordusunun istifadə etdiyi bir neçə yük gəmisinə zərbələr endirib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, hücum zamanı Ukrayna hərbçilərinin istifadə etdiyi dörd quru yük gəmisi və bir balker (dökmə yük gəmisi) hədəfə alınıb.

Məlumata əsasən, əməliyyat zamanı "Geran-4 Seeker" tipli pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib.

Nazirliyin yaydığı açıqlamada zərbələrin hədəflərə endirildiyini əks etdirən obyektiv nəzarət görüntülərinin də təqdim olunduğu qeyd edilib.

A

Oxşar Xəbərlər