SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İlham Əliyev Almaniya Prezidenti ilə görüşmək üçün "Villa Borsig"ə gedib

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
İlham Əliyev Almaniya Prezidenti ilə görüşmək üçün "Villa Borsig"ə gedib

Xeberhub.com AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə görüşmək üçün Berlində yerləşən "Villa Borsig" iqamətgahına gedib.

Məlumata görə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan dövlət başçısını iqamətgahda qarşılayıb.

Görüşdən əvvəl Prezident İlham Əliyev xatirə kitabına imza atıb.

Daha sonra Azərbaycan və Almaniya prezidentlərinin iştirakı ilə təkbətək görüş keçirilib. Görüş zamanı iki ölkə arasında münasibətlər və qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilib.

A

Oxşar Xəbərlər