SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İranın gizli nüvə obyekti ilə bağlı yeni iddialar yayıldı

👤 📅 👁 9 baxış ⏱ 3 dəq oxuma
İranın gizli nüvə obyekti ilə bağlı yeni iddialar yayıldı

Xeberhub.com "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, İsrail xüsusi xidmət orqanlarının məlumatlarına əsasən, İran ötən payız uranın zənginləşdirilməsi üçün istifadə edilən minlərlə sentrifuqanı Pikaks dağının altındakı yeni yeraltı tunellərə köçürüb.

Məlumata görə, ABŞ və İsrail rəsmiləri İranın nüvə proqramını bu gizli obyektdə yenidən bərpa edə biləcəyindən narahatdırlar. Bildirilir ki, İsrail tərəfi əldə etdiyi kəşfiyyat məlumatlarını ABŞ ilə bölüşüb.

Nəşrin mənbələri qeyd edib ki, nüvə avadanlıqları Pikaks dağındakı kompleksə 2025-ci ilin iyununda baş verən 12 günlük münaqişədən sonra daşınıb. Həmin dövrdə ABŞ və İsrail qüvvələri İranın Natanz, Fordo və İsfahandakı əsas nüvə obyektlərinə zərbələr endirmişdi.

Bildirilib ki, ABŞ-İran münasibətlərində gərginliyin yenidən artdığı vaxt ABŞ Prezidenti Donald Tramp İranın bu yeni yeraltı obyektini hədəfə almaqla bağlı xəbərdarlıq edib.

Pikaks dağı İranın mərkəzi hissəsində yerləşir və 2025-ci ilin yayında hücumlara məruz qalan Natanz uranın zənginləşdirilməsi zavodundan təxminən 1,5 kilometr məsafədədir. İnşasına 2020-ci ildə başlanılan yeraltı kompleksin həmin hücumlar zamanı zərər görmədiyi bildirilir.

Məlumata əsasən, Kolang dağı kimi də tanınan ərazidə yerləşən obyekt qayalıqların 100-150 metr dərinliyində inşa olunub. Bu xüsusiyyət kompleksin adi hava zərbələrinə qarşı daha davamlı olmasına imkan verir.

Qeyd olunur ki, iyulun əvvəlində ABŞ-də fəaliyyət göstərən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (ISIS) peyk görüntülərinin təhlili əsasında kompleks ətrafında tikinti işlərinin davam etdiyini açıqlayıb.

Ekspertlərin fikrincə, tunel girişlərinə aparan yollarda yük maşınlarının hərəkəti müşahidə olunur və bu, yeraltı sistemdə tikinti və möhkəmləndirmə işlərinin davam etdiyini göstərə bilər.

Mütəxəssislər hesab edirlər ki, İran yeraltı ehtiyat bazası yaradaraq uranın zənginləşdirilməsi imkanlarını qorumağa çalışır.

A

Oxşar Xəbərlər