İtaliyanın müdafiə naziri Quido Krozetto Ukraynanın sabiq müdafiə naziri kimi təqdim edilən Mixail Fyodorova öz müşaviri olmağı təklif etdiyini açıqlayıb.
XeberHub.com xəbər verir ki, "La Repubblica"nın yaydığı məlumata görə, Quido Krozetto bu barədə nəşrə verdiyi müsahibədə danışıb.
Nazirin sözlərinə görə, Fyodorov vəzifəsindən ayrıldıqdan bir gün sonra onunla telefon əlaqəsi saxlayaraq Romaya gəlməsini və özünə müşavir kimi fəaliyyət göstərməsini təklif edib.
Krozetto bildirib ki, Fyodorov bu təklifi böyük hörmət və dostluq nümunəsi kimi dəyərləndirib və bundan təsirləndiyini ifadə edib.
İtaliyalı nazir müsahibəsində Fyodorovu hərbi innovasiyaların inkişafına mühüm töhfələr verən şəxs kimi xarakterizə edib. O, Fyodorovun döyüş meydanında tətbiq olunan yeni texnologiyalar və yanaşmalar sayəsində müasir müharibənin gedişinə təsir göstərən şəxslərdən biri olduğunu vurğulayıb.