Göygöldə keçirilən Milli Yaylaq Festivalında taxta konstruksiyanın aşması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.
XeberHub.com xəbər verir ki, Report-un yaydığı məlumata görə, hadisə festivalın təşkil olunduğu Xan Yurdu adlanan ərazidə baş verib.
Məlumata əsasən, taxta konstruksiyanın aşması nəticəsində 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, Əli Məmmədzadə, 1998-ci il təvəllüdlü Kamran Zeynalov və 1997-ci il təvəllüdlü Vüsət Zeynalov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar tibbi yardım göstərilməsi üçün Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Xatırladaq ki, daha əvvəl yayılan məlumata görə, Göygöldə keçirilən Milli Yaylaq Festivalında səhnə konstruksiyası uçub. Hadisədən sonra əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.