MİQ imtahanında texniki problem: 41 namizəd üçün yeni tarix müəyyənləşdi
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb. Lakin Balakəndə baş verən texniki nasazlıq səbəbindən bir qrup namizəd imtahanı başa vura bilməyib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, Balakən şəhər İmadəddin Nəsimi adına 2 nömrəli tam orta məktəbdə internet şəbəkəsində yaranan texniki problem səbəbindən 41 namizədin imtahan prosesi yarımçıq qalıb.
Qurum bildirib ki, nasazlıq yarandığı andan operativ şəkildə araşdırılıb və növbəti günlərdə keçiriləcək imtahanların fasiləsiz təşkili üçün zəruri tədbirlər görülüb.
MÜTDA-nın açıqlamasına əsasən, imtahanı tamamlaya bilməyən 41 namizəd üçün test imtahanı iyulun 18-də yenidən təşkil ediləcək. Bununla bağlı müvafiq bildiriş namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.
Şərhlər (0)
Şərh yazın