Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alındı
Azərbaycanın dövlət sərhədindən külli miqdarda narkotik vasitə və psixotrop tərkibli dərmanların qanunsuz keçirilməsinə cəhdin qarşısı alınıb.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, DSX Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidmət ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri keçirilib.
Tədbirlər nəticəsində ümumilikdə 35 kiloqram 85 qram narkotik vasitə, həmçinin 1 980 ədəd psixotrop tərkibli “Metadon M-40” həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.