SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Ağdamın Kəngərli kəndində yanğın baş verdi

👤 📅 👁 3 baxış ⏱ 1 dəq oxuma
Ağdamın Kəngərli kəndində yanğın baş verdi

Xeberhub.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verib.

Məlumata əsasən, hadisə ilə bağlı FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olduqdan dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

FHN bildirib ki, hadisə ilə bağlı əlavə məlumat ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, ötən gecə Ağdam rayonunun Sarıcalı kəndində də açıq ərazidə yanğın baş vermiş, FHN əməkdaşlarının operativ müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınaraq yanğın tam söndürülmüşdü.

A

Oxşar Xəbərlər