Xeberhub.com APA-ya istinadən xəbər verir ki, Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində dörd nəfər xəsarət alıb.
Hadisə Ucar-Zərdab avtomobil yolunun Çallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, VAZ-2106 markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib və yol kənarında yerləşən maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobildə olan şəxslər xəsarət alıblar. İlkin məlumata əsasən, yaralananlar sürücü Q. Vahidov və sərnişinlər Ə. Əzizov, E. Ömərov, C. Ağayev olub.
Bildirilib ki, xəsarət alan şəxslərdən ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.