SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Mədəniyyət

Ömər Eldarov səhhəti barədə danışdı: vəziyyəti yaxşılaşıb

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Ömər Eldarov səhhəti barədə danışdı: vəziyyəti yaxşılaşıb

Xeberhub.com Qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış heykəltaraş, akademik Ömər Eldarovun səhhəti yaxşılığa doğru dəyişib.

99 yaşlı sənətkar hazırda ev şəraitində müalicəsini davam etdirir. Ömər Eldarov bildirib ki, özünü əvvəlki günlərlə müqayisədə daha yaxşı hiss edir və yaxın zamanda tam bərpa olunacağına inanır.

Akademik ona göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna və Mehriban Əliyevaya təşəkkür edib.

"İndi özümü nisbətən yaxşı hiss edirəm. Bir neçə günə tam sağalacağam. Mənə göstərilən diqqət və dəstəyə görə Heydər Əliyev Fonduna və hörmətli Mehriban Əliyevaya səmimi təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, mənə yardım etdilər", - deyə Ömər Eldarov bildirib.

Qeyd edək ki, Ömər Eldarov bir müddət əvvəl səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Aparılan tibbi müayinələrdən sonra akademik evə buraxılıb və müalicəsini evdə davam etdirir.


A

Oxşar Xəbərlər