SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Mədəniyyət

Milli Mətbuat Günü münasibətilə Fəxri xiyabanda anım mərasimi keçirildi

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
Milli Mətbuat Günü münasibətilə Fəxri xiyabanda anım mərasimi keçirildi

Xeberhub.com Medianın İnkişafı Agentliyinə (MEDİA) istinadən xəbər verir ki, 22 İyul – Milli Mətbuat Günü münasibətilə MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.

Məlumata görə, nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad edib. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub və xatirəsi anılıb.

Anım tədbiri çərçivəsində Azərbaycan milli mətbuatının banisi, "Əkinçi" qəzetinin naşiri və baş redaktoru, maarifçi ziyalı Həsən bəy Zərdabinin məzarı da ziyarət edilib.

Nümayəndələr Həsən bəy Zərdabinin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun Azərbaycan mətbuatının inkişafındakı xidmətlərini ehtiramla yad ediblər.

A

Oxşar Xəbərlər