SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

ABŞ-də qızılca son 35 ilin rekord həddinə çatdı

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
ABŞ-də qızılca son 35 ilin rekord həddinə çatdı

Xeberhub.com TASS-a istinadən xəbər verir ki, ABŞ-də son 35 ilin ən yüksək qızılca yoluxma göstəricisi qeydə alınıb.

Məlumata görə, Cons Hopkins Universitetinin hesabatında bildirilib ki, iyulun 21-dək ölkədə 2 295 nəfərdə qızılca infeksiyası təsdiqlənib. Bu göstərici 1991-ci ildən bəri qeydə alınan ən yüksək səviyyə hesab olunur.

Statistikaya əsasən, yoluxma hallarının ən çox qeydə alındığı ştatlar Cənubi Karolina, Yuta, Texas və Virciniya olub. Müqayisə üçün qeyd edilir ki, ötən il ABŞ-də 2 289 nəfər qızılcaya yoluxmuşdu.

Mütəxəssislər xəstəliyin geniş yayılmasını ölkədə peyvəndlənmə səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirirlər. Bildirilir ki, yoluxanların 90 faizindən çoxu ya qızılcaya qarşı peyvənd olunmayıb, ya da onların vaksinasiya vəziyyəti barədə məlumat mövcud deyil.

Hesabatda həmçinin vurğulanır ki, yoluxanların böyük hissəsini 18 yaşdan kiçik uşaqlar təşkil edir.

Qeyd edək ki, ABŞ-də qızılcaya qarşı kütləvi vaksinasiya proqramı 1963-cü ildən tətbiq olunur.

A

Oxşar Xəbərlər