SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Mədəniyyət

Əməkdar İncəsənət xadimi Çingiz Əlioğlu vəfat etdi

👤 📅 👁 13 baxış ⏱ 1 dəq oxuma
Əməkdar İncəsənət xadimi Çingiz Əlioğlu vəfat etdi

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib

Xeberhub.com xəbər verir ki, Kult.az-ın APA-ya istinadən yaydığı məlumata görə, Əməkdar İncəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu bu gün səhər saatlarında dünyasını dəyişib.

Məlumatı APA-ya şairin oğlu Orman Çingizoğlu verib.

Bildirilib ki, Çingiz Əlioğlunun cənazəsi sabah dəfn ediləcək. Şairlə vida və dəfn mərasiminin keçiriləcəyi yer hələlik açıqlanmayıb.

Qeyd edək ki, Çingiz Əlioğlu 1944-cü ildə Füzuli rayonunda anadan olub. O, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə “Əməkdar mədəniyyət işçisi”, 2005-ci ildə isə “Əməkdar İncəsənət xadimi” fəxri adlarına layiq görülüb.

A

Oxşar Xəbərlər