Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev dövlət təltifinə layiq görülüb.
XeberHub.com xəbər verir ki, President.az-ın yaydığı məlumata görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın ictimai həyatında uzun illər səmərəli fəaliyyət göstərdiyinə görə Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Qeyd edək ki, Milix Yevdayev uzun illərdir Bakı şəhəri Dağ Yəhudiləri dini icmasına rəhbərlik edir və ölkənin ictimai-dini həyatında fəal iştirak edir.