Anar: “Çingiz Əlioğlu Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biri idi”
Xeberhub.com xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar şair Çingiz Əlioğlu ilə vida mərasimində mərhum sənətkarın Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb.
Axar.az “Report”a istinadən bildirir ki, Anar Çingiz Əlioğlunun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki kimi qiymətləndirib.
Xalq yazıçısı mərhum şairlə uzun illər ərzində yaxın dostluq münasibətlərinin olduğunu qeyd edib. O bildirib ki, Çingiz Əlioğlu Azərbaycan ədəbiyyatının ən istedadlı və parlaq nümayəndələrindən biri olub.
Anar son aylarda şairin səhhətində problemlərin olduğunu və bunun keçəcəyinə ümid etdiyini, lakin vəziyyətin yaxşılaşmadığını söyləyib.
O, Çingiz Əlioğlunun ailəsinə və yaxınlarına başsağlığı verərək mərhuma Allahdan rəhmət diləyib.