İranda istehsalat müəssisəsində güclü yanğın: ölən və yaralananlar var
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın “Fars” agentliyinə istinadən yaydığı məlumata görə, İranın Tehran əyalətində yerləşən Nəsirabad sənaye şəhərciyində istehsalat müəssisələrindən birində güclü yanğın baş verib.
Hadisə alışqan və alışqanlar üçün qaz istehsal edən müəssisədə qeydə alınıb. Yanğın nəticəsində bir nəfər ölüb, beş nəfər isə xəsarət alıb. Yaralanan şəxslərin hamısı xəstəxanaya yerləşdirilib.
Tehran Təcili Tibbi Yardım Xidmətinin nümayəndəsi Şervin Təbrizinin sözlərinə görə, yanğın barədə məlumat yerli vaxtla saat 07:20-də daxil olub. Hadisə yerinə təcili tibbi yardım briqadaları və xüsusi nəqliyyat vasitələri göndərilib.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.