SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
İdman

Mahir Emrelinin yeni klubu bəlli olur – Transfer tamamlanır

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
Mahir Emrelinin yeni klubu bəlli olur – Transfer tamamlanır

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna keçidi ilə bağlı proses yekun mərhələyə çatıb.

Xeberhub.com xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı futbolçu hazırda Polşa Ekstraklasa təmsilçisində tibbi müayinədən keçir. Müayinələrin nəticəsindən sonra tərəflər arasında razılaşmanın rəsmiləşdirilməsi gözlənilir.

Mahir Emrelinin "Rakuv"a transferinin yaxın saatlarda və ya növbəti gün açıqlanacağı qeyd olunur.

Çenstoxova şəhərini təmsil edən klub ötən mövsüm Polşa çempionatını dördüncü pillədə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə əldə edib. Komanda turnirin ikinci təsnifat mərhələsində Malta təmsilçisi "Valletta" ilə qarşılaşacaq.

Qeyd edək ki, Mahir Emreli son olaraq Almaniyanın "Kayzerslautern" klubunda çıxış edib. Azərbaycanlı futbolçu daha əvvəl 2021/2022 mövsümünün ilk yarısında Polşanın tanınmış komandalarından olan "Legiya"nın heyətində də mübarizə aparıb.

A

Oxşar Xəbərlər