SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Bərdədə Qarabağ kanalında 59 yaşlı kişi batdı

👤 📅 👁 4 baxış ⏱ 1 dəq oxuma
Bərdədə Qarabağ kanalında 59 yaşlı kişi batdı

Xeberhub.com xəbər verir ki, Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində 59 yaşlı kişi batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, iyulun 17-də 112 qaynar telefon xəttinə Bərdə rayonunun Mirzalıbəyli kəndi ərazisindən keçən Qarabağ kanalında bir nəfərin batması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilərək axtarışlara başlayıblar.

Hazırda 1967-ci il təvəllüdlü Rəsul İbiş oğlu Bünnətovun batdığı ehtimal edilən ərazilərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.

A

Oxşar Xəbərlər