"Qoxudan rahat keçmək mümkün deyil. Bu vəziyyət müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Ərazi təmizlənir, amma qısa müddət sonra yenidən zibillənir", - deyə sakinlərdən biri qeyd edib.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazidə yerləşdirilən zibil qablarına toplanan tullantılar gündəlik daşınır:
"Buna baxmayaraq, yay mövsümündə xidmət müqaviləsindən yayınan qeyri-əhali qrupunun fəaliyyətindən və fərdi yaşayış evlərində toplanan qeyri-məişət tərkibli təhlükəsiz tullantıların qanunsuz formada daşınaraq gecə saatlarında qabların ətrafına atılması hallarına görə kiçik qalaqlanma yaranır. Əlavə olaraq, vətəndaşlar tərəfindən tullantıların kənara atılması da xoşagəlməz görüntülərin və antisanitariyanın yaranmasına səbəb olur. Tərəfimizdən bu kimi hallar fasiləsiz olaraq gündəlik aradan qaldırılır".