SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Stavropolda kütləvi zəhərlənmə: 80 nəfər tibbi yardıma müraciət etdi

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
Stavropolda kütləvi zəhərlənmə: 80 nəfər tibbi yardıma müraciət etdi

Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, Rusiyanın Stavropol bölgəsində fəaliyyət göstərən istirahət mərkəzlərindən birində baş verən kütləvi zəhərlənmə nəticəsində onlarla turist tibbi yardıma müraciət edib.

Məlumata görə, bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya müraciət edənlərin sayı 80 nəfərə çatıb. Onlardan 21-i azyaşlıdır.

Hadisədən sonra aidiyyəti qurumlar istirahət kompleksində yoxlamalar apararaq qida məhsullarından və digər nümunələrdən laborator analiz üçün materiallar götürüblər.

İlkin araşdırmalar zamanı kütləvi zəhərlənmənin səbəbi kimi kulinariya emalından keçmiş qida məhsullarında aşkarlanan salmonellyoz törədicisi göstərilir.

Mütəxəssislər infeksiyanın dəqiq mənbəyini və yayılma mexanizmini müəyyən etmək üçün əlavə laborator müayinələr aparırlar.

Baş vermiş hadisədən sonra istirahət mərkəzinin fəaliyyəti müvəqqəti dayandırılıb. Faktla bağlı cinayət işi açılıb və araşdırma davam etdirilir.


A

Oxşar Xəbərlər