SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

ABŞ-nin İrana zərbələrinin qurbanlarının sayı artdı

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
ABŞ-nin İrana zərbələrinin qurbanlarının sayı artdı

Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində həyatını itirənlərin sayı 50 nəfərə çatıb, 500-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə İran İslam Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, iyunun 27-dən iyulun 18-dək qeydə alınan itkilər arasında beş qadın və 18 yaşdan kiçik iki nəfər də var. Yaralananlar arasında isə 32 qadın, həmçinin 18 uşaq və yeniyetmə olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl Vaşinqton və Tehran arasında hərbi əməliyyatların dayandırılması və yeni danışıqlar mərhələsinə keçidi nəzərdə tutan müvəqqəti memorandum imzalanmışdı. Lakin qısa müddət sonra tərəflər bir-birini atəşkəs rejimini pozmaqda ittiham edərək qarşılıqlı bəyanatlar səsləndiriblər.


A

Oxşar Xəbərlər