SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Latviya NATO qərarı olarsa nüvə silahı yerləşdirməyə hazırdır

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
Latviya NATO qərarı olarsa nüvə silahı yerləşdirməyə hazırdır

Latviya NATO qərarı olarsa nüvə silahı yerləşdirməyə hazır olduğunu açıqlayıb

Latviya Prezidenti Edqars Rinkeviç bildirib ki, NATO-nun müvafiq qərarı qəbul edilərsə, ölkəsi öz ərazisində nüvə silahının yerləşdirilməsinə hazırdır.

Rinkeviç bu açıqlamanı Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə keçirdiyi görüşdən sonra təşkil olunan brifinqdə səsləndirib.

"Nüvə silahının yerləşdirilməsi barədə qərar milli maraqlar çərçivəsində və ya NATO-nun kollektiv qərarı əsasında qəbul edilərsə, bu, həyata keçiriləcək", – deyə Latviya Prezidenti bildirib.

O qeyd edib ki, NATO-nun nüvə çəkindirmə siyasəti Rusiyanın nüvə ritorikasından fərqli olaraq müdafiə xarakteri daşıyır.

Edqars Rinkeviç əlavə edib ki, Litvadan fərqli olaraq, Latviya Konstitusiyasında ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə mane olan hər hansı hüquqi məhdudiyyət mövcud deyil.

Qeyd edək ki, bundan əvvəl Litva parlamenti ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan konstitusion qadağanın ləğvini nəzərdə tutan qanun layihəsinin müzakirəsinə başlayıb. Parlamentin spikeri Yozas Olekas dəyişən təhlükəsizlik şəraitində bu məhdudiyyətin Litvanın milli təhlükəsizlik maraqlarına uyğun gəlmədiyini bildirib.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın