SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Rusiyanın Zaporojyeyə zərbələri: 2 nəfər ölüb, 9 nəfər yaralanıb

👤 📅 👁 9 baxış ⏱ 2 dəq oxuma
Rusiyanın Zaporojyeyə zərbələri: 2 nəfər ölüb, 9 nəfər yaralanıb

Rusiyanın Zaporojyeyə zərbələri nəticəsində ölən və yaralananlar var

Rusiya ordusu iyulun 15-də Ukraynanın Zaporojye şəhərinə zərbələr endirib. İlkin məlumata görə, hücum nəticəsində iki nəfər həlak olub, doqquz nəfər yaralanıb.

Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib. Onun sözlərinə görə, yaralılardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin açıqlamasına əsasən, zərbələr nəticəsində ünvanlardan birində çoxmərtəbəli yaşayış binasına ziyan dəyib, avtomobillər yanaraq yararsız hala düşüb. Partlayış dalğası yaxınlıqdakı yaşayış evlərinə və nəqliyyat vasitələrinə də zərər vurub.

Digər ünvanda isə sənaye müəssisəsinin ərazisində yanğın baş verib. Yanğının söndürülməsi və dağıntıların aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdirilir.

Qeyd edək ki, iyulun 15-nə keçən gecə Rusiya ordusu Ukraynanın Sumı, Çerniqov, Xarkov, Donetsk, Odessa və digər bölgələrinə də hücumlar həyata keçirib. Hücumlar nəticəsində müxtəlif bölgələrdə ölən və yaralananların olduğu, həmçinin yaşayış və infrastruktur obyektlərinə ziyan dəydiyi bildirilir.

A

Oxşar Xəbərlər