SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Hikmət Hacıyevdən IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
Hikmət Hacıyevdən IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım

Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədəki "X" hesabında IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım edib.

Paylaşımda "IV Şuşa Qlobal Media Forumunda medianın gələcəyi barədə müzakirələr keçirilib" ifadəsi yer alıb.

Hikmət Hacıyev paylaşımına, həmçinin Euronews nəşrinin forumla bağlı hazırladığı məqaləni də əlavə edib.

Məqalədə IV Şuşa Qlobal Media Forumunda süni intellektin media sahəsinə təsiri, dezinformasiyaya qarşı mübarizə, ictimai etimadın azalması fonunda jurnalistikanın gələcəyi və qlobal informasiya mühitinin aktual çağırışlarının müzakirə edildiyi vurğulanıb.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və rəsmi şəxsləri bir araya gətirərək müasir informasiya mühitinin əsas problemlərinin müzakirə olunduğu beynəlxalq platforma kimi çıxış edir.

A

Oxşar Xəbərlər