SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Zelenski Ukrayna ordusunun baş komandanını dəyişə bilər – FT yazdı

👤 📅 👁 10 baxış ⏱ 2 dəq oxuma
Zelenski Ukrayna ordusunun baş komandanını dəyişə bilər – FT yazdı

Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski uyğun namizəd müəyyən ediləcəyi təqdirdə ölkənin Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskini vəzifəsindən azad etməyə hazırdır.

Bu barədə "The Financial Times" nəşri məlumat yayıb.

Nəşr hazırkı vəziyyəti Zelenskinin prezidentliyi dövründə hərbi rəhbərlik sahəsində yaranan ən ciddi böhranlardan biri kimi qiymətləndirib.

Məlumata görə, Ukrayna Prezidenti həftəsonu cəbhədəki vəziyyətlə bağlı məruzələri dinləmək, həmçinin yeni baş komandan vəzifəsinə mümkün namizədlərlə görüş keçirmək üçün hərbçilərlə danışıqlar aparacaq.

Qəzetə açıqlama verən mənbənin sözlərinə əsasən, Zelenski 1200 kilometr uzunluğundakı cəbhə xəttində müdafiənin qorunmasını və idarəetmədə sabit keçidi təmin edə biləcək yeni rəhbər tapacağı halda Sırskinin dəyişdirilməsi variantını nəzərdən keçirir.

Nəşrin məlumatına görə, prezidentin baş komandan dəyişikliyi barədə düşünməsinə səbəb kimi Ukrayna cəmiyyətində yaranan narazılıqlar və etirazlar göstərilir.


A

Oxşar Xəbərlər