SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Qayana sahillərində sərnişin bərəsi qəzaya uğradı: 53 nəfər xilas edildi

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
Qayana sahillərində sərnişin bərəsi qəzaya uğradı: 53 nəfər xilas edildi

Xeberhub.com xəbər verir ki, Cənubi Amerikanın şimalında yerləşən Qayana sahilləri yaxınlığında göyərtəsində təxminən 116 nəfər olan MV BARIMA sərnişin bərəsi qəzaya uğrayıb.

Məlumata görə, bu barədə Qayananın ictimai işlər naziri Xuan Echill açıqlama verib.

Nazirin sözlərinə əsasən, hazırda ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır. İlkin məlumatlara görə, hadisə nəticəsində indiyədək 53 nəfər xilas edilib.

Bildirilib ki, gəmi Qayananın paytaxtı Corctaundan Port-Kaytuma doğru hərəkət edirmiş. Qısa müddət sonra gəmidə baş verən insidentlə bağlı məlumat daxil olub.

Xilasetmə qrupları göyərtədəki şəxslərin siqnal raketlərindən istifadə etməsi nəticəsində MV BARIMA bərəsinin yerini müəyyən edə bilib.

Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.

A

Oxşar Xəbərlər