SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Kiyevdə hərbi məhsullar istehsal edən zavod raket və PUA hücumunda dağıldı

👤 📅 👁 3 baxış ⏱ 1 dəq oxuma
Kiyevdə hərbi məhsullar istehsal edən zavod raket və PUA hücumunda dağıldı

Xeberhub.com xəbər verir ki, Ukraynanın hərbi təyinatlı məhsullar istehsal edən UKRTAC şirkətinin fabriki və anbarları Kiyevə həyata keçirilən raket və pilotsuz uçuş aparatı (PUA) hücumları nəticəsində dağılıb.

Şirkətin məlumatına görə, hadisə müəssisənin fəaliyyətinə ciddi ziyan vurub. UKRTAC-ın İnkişaf Departamentinin direktoru Severion Danqadze baş verənləri şirkətin tarixində ən böyük faciələrdən biri kimi qiymətləndirib.

Qeyd olunur ki, UKRTAC ballistik müdafiə vasitələri, zirehli gödəkçələr və zireh lövhələri istehsalı ilə məşğuldur.

Xatırladaq ki, Rusiya ordusu bu gecə Kiyevə müharibə dövründəki ən genişmiqyaslı hücumlardan birini həyata keçirib.

A

Oxşar Xəbərlər