SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Ceyhun Bayramov Zelenski ilə görüşünün təfərrüatlarını açıqladı

👤 📅 👁 1 baxış ⏱ 2 dəq oxuma
Ceyhun Bayramov Zelenski ilə görüşünün təfərrüatlarını açıqladı

Xeberhub.com xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Prezident Volodimir Zelenski tərəfindən qəbul olunması ilə bağlı sosial media hesabında paylaşım edib.

Nazir bildirib ki, görüş zamanı Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə siyasi dialoq, energetika, nəqliyyat, humanitar əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər əsas mövzular sırasında yer alıb.

Ceyhun Bayramov qeyd edib ki, görüş zamanı Prezident Volodimir Zelenskiyə Cənubi Qafqazda postmünaqişə dövründə yaranmış vəziyyət, sülh prosesinin irəlilədilməsi istiqamətində atılan addımlar və Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Xarici işlər naziri paylaşımında Prezident Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndirdiyini də vurğulayıb. O bildirib ki, Ukrayna liderinin davam edən dəstəyə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkür sözləri onun tərəfindən məmnunluqla qarşılanıb.

A

Oxşar Xəbərlər