SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Ağdamın Sarıcalı kəndində baş verən yanğın tam söndürüldü

👤 📅 👁 3 baxış ⏱ 1 dəq oxuma
Ağdamın Sarıcalı kəndində baş verən yanğın tam söndürüldü

Xeberhub.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Ağdam rayonunun Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın tam söndürülüb.

Məlumata əsasən, hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən operativ şəkildə zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Nazirlik bildirib ki, görülən tədbirlər nəticəsində alovun genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı vaxtında alınıb və yanğın tamamilə söndürülüb.

Qeyd edək ki, daha əvvəl Sarıcalı kəndi yaxınlığında baş verən yanğının mina və partlamamış hərbi sursatlarla çirklənmiş əraziyə yayılması səbəbindən bir neçə mina partlayışı qeydə alınmışdı. Bu isə yanğınsöndürmə işlərini çətinləşdirirdi.

A

Oxşar Xəbərlər