SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüş keçirdi

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüş keçirdi

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

Xeberhub.com xəbər verir ki, Nazirlər Kabinetinin yaydığı məlumata görə, Baş nazir Əli Əsədov iyulun 30-da Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan və Gürcüstan arasında qarşılıqlı etimad və mehriban qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb.

Tərəflər prokurorluq orqanları arasında mövcud əməkdaşlığın genişlənməsindən məmnunluqlarını ifadə edib, transsərhəd cinayətkarlıq, kibercinayətkarlıq və digər müasir təhdidlərə qarşı birgə mübarizənin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran sahələr üzrə təcrübə və məlumat mübadiləsinin davam etdirilməsinin iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyi bildirilib.

Görüş zamanı Azərbaycan və Gürcüstanın prokurorluq orqanları arasında əməkdaşlığın gələcək perspektivləri də müzakirə olunub. Tədbirdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev də iştirak edib.

A

Oxşar Xəbərlər