Xeberhub.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakının Xətai rayonu ərazisində "Subaru" markalı avtomobilin talanması ilə bağlı şübhəli bilinən şəxs saxlanılıb.
Məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Həsənov avtomobillə Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi "Subaru" markalı avtomobili qanunsuz şəkildə götürərək hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.