ABŞ və Səudiyyə Ərəbistanının zərbələri nəticəsində Həşdi-Şabi üzvləri öldürülüb
ABŞ və Səudiyyə Ərəbistanının İraq ərazisində İranla əlaqəli Həşdi-Şabi qruplaşmasına qarşı həyata keçirdiyi hava əməliyyatı nəticəsində ölənlərin olduğu bildirilib.
Xeberhub.com xəbər verir ki, bu barədə qruplaşmanın yaydığı bəyanatda məlumat verilib. Xəbərin ilkin mənbəyi Axar.azdır.
Bildirilib ki, birgə dəqiq hava zərbələri nəticəsində Həşdi-Şabinin 20 üzvü həyatını itirib.
Qruplaşma açıqlamasında çox sayda şəxsin yaralandığını qeyd etsə də, xəsarət alanların dəqiq sayı açıqlanmayıb.
Qeyd edək ki, hücum barədə daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.