SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

ABŞ İrana üç saatdan çox davam edən zərbələr endirdi

👤 📅 👁 13 baxış ⏱ 1 dəq oxuma
ABŞ İrana üç saatdan çox davam edən zərbələr endirdi

ABŞ Silahlı Qüvvələri İranda müəyyən hədəflərə qarşı üç saatdan çox davam edən hərbi əməliyyat həyata keçirib.

CNN telekanalının ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, son dövrlərdə keçirilən oxşar əməliyyatlarla müqayisədə bu hücum daha uzun sürüb.

ABŞ Mərkəzi Komandanlığının açıqlamasında bildirilib ki, zərbələr yerli vaxtla saat 17:00-da başlayıb. Qeyd olunub ki, əməliyyatın əsas məqsədi İranın Hörmüz boğazından sərbəst hərəkət edən mülki dənizçilərə və ticarət gəmilərinə hücum imkanlarını məhdudlaşdırmaq olub.

Məlumata əsasən, əməliyyatın keçirilməsi ilə bağlı göstəriş ABŞ Prezidenti Donald Tramp tərəfindən verilib.

Oxşar Xəbərlər