ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunmasını çətinləşdirən əsas amillərdən birinin İran rəhbərliyinin mühüm hissəsinin həyatını itirməsi olduğunu bildirib.
XeberHub.com xəbər verir ki, Tramp bu fikirləri WABC radiostansiyasına müsahibəsində səsləndirib.
ABŞ liderinin sözlərinə görə, bir çox İran rəsmisinin öldürülməsi səbəbindən Tehranla danışıqların aparılması və razılaşmanın əldə olunması çətinləşib.
"Məsələnin bir tərəfi bir çox İran rəsmilərinin ölməsi ilə bağlıdır. Müqavilə bağlamaq heç də asan deyil. Hazırda ölkəyə kimin rəhbərlik etdiyi bəlli deyil", - deyə Tramp bildirib.
Tramp, həmçinin ABŞ-nin İranla qarşıdurmada qarşısına qoyduğu məqsədlərə uğurla çatdığını qeyd edib. O, xüsusilə Vaşinqtonun Tehranın nüvə silahına sahib olmasına imkan vermədiyini vurğulayıb.