Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın əhəmiyyətindən danışıb.
Dövlət başçısı bildirib ki, Mərkəzi Asiya ilə Azərbaycanın vahid iqtisadi və siyasi məkana inteqrasiyası nəqliyyat, logistika və əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev vurğulayıb ki, bu prosesdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən siyasəti və strateji yanaşması mühüm rol oynayıb.