SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtlərini açıqladı

👤 📅 👁 13 baxış ⏱ 2 dəq oxuma
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtlərini açıqladı

İran XİN rəhbəri: ABŞ ilə birbaşa danışıqlar aparmırıq

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın “Press TV”yə istinadən yaydığı məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə hazırda birbaşa danışıqların aparılmadığını açıqlayıb.

Nazirin sözlərinə görə, Tehran və Vaşinqton arasında əlaqə vasitəçilər üzərindən davam etdirilir və tərəflər arasında mesaj mübadiləsi həyata keçirilir.

Əraqçı bildirib ki, bir sıra ölkələr İran və ABŞ arasında danışıqların yenidən başlaması üçün səylərini davam etdirirlər.

“Bəzi ölkələr hələ də danışıqların bərpası üçün imkan yaratmağa çalışırlar”, - deyə İran XİN rəhbəri qeyd edib.

Nazir vurğulayıb ki, ABŞ daha əvvəl Pakistanda imzalanmış hərbi əməliyyatların dayandırılması ilə bağlı memorandumun pozulmasına son qoymalı və baş verən pozuntular nəticəsində İrana dəymiş zərəri kompensasiya etməlidir.

Əraqçının sözlərinə görə, bu şərtlər yerinə yetirilməyənədək Tehran və Vaşinqton arasında danışıqların bərpası mümkün deyil.

A

Oxşar Xəbərlər