SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Venesuelada zəlzələ qurbanlarının sayı 5 mini keçdi

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Venesuelada zəlzələ qurbanlarının sayı 5 mini keçdi

Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, Venesuelada baş verən güclü zəlzələdə həyatını itirənlərin sayı 5 278 nəfərə yüksəlib.

Bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriges "Telegram" kanalında paylaşdığı gündəlik hökumət hesabatında məlumat verib.

Rəsmi məlumata əsasən, təbii fəlakət nəticəsində 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 17 907 nəfər isə evsiz qalıb. Zəlzələ yaşayış və digər tikililərə də ciddi ziyan vurub. Belə ki, 190 bina tamamilə dağılıb, daha 856 tikiliyə ciddi zərər dəyib.

Hesabatda qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər dağıntılar altından sağ çıxarılıb. Bundan əlavə, 41 069 nəfər tibbi yardım almaq üçün xəstəxanalara yerləşdirilib.

Hökumətin açıqlamasına görə, ümumilikdə 128 324 ailəyə humanitar yardım göstərilib. Zərərçəkənlərdən 23 587 nəfər ölkə üzrə yaradılmış 107 müvəqqəti sığınacaqda yerləşdirilib. Eyni zamanda, ehtiyacı olan sakinlərə 10 964,97 ton ərzaq məhsulu paylanılıb.

Xatırladaq ki, Venesuelada dağıdıcı zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki güclü yeraltı təkan qeydə alınıb.

A

Oxşar Xəbərlər