SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

Xeberhub.com AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunan Endi Börnhemə təbrik məktubu ünvanlayıb.

Dövlət başçısı məktubunda Endi Börnhemi yeni vəzifəyə başlaması münasibətilə səmimi-qəlbdən təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Böyük Britaniya ilə uzun illər ərzində formalaşmış münasibətlərin hərtərəfli inkişafına xüsusi önəm verir. Məktubda iqtisadi-ticari əməkdaşlığın dinamik inkişaf etdiyi, enerji sahəsində strateji tərəfdaşlığın isə davamlı olaraq genişləndiyi vurğulanıb.

Dövlət başçısı qeyd edib ki, Böyük Britaniya şirkətləri Azərbaycanda həm neft, həm də qeyri-neft sektorunda mühüm layihələrin həyata keçirilməsində fəal iştirak edir. Xüsusilə bp şirkəti ilə ənənəvi və bərpaolunan enerji sahələrində uzunmüddətli və uğurlu əməkdaşlığın əhəmiyyətinə diqqət çəkilib.

Məktubda həmçinin vurğulanıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərinə cəlb olunan ilk xarici şirkətlər sırasında Böyük Britaniya şirkətlərinin yer alması iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyəsini nümayiş etdirir.

Prezident İlham Əliyev Azərbaycan ilə Böyük Britaniya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da birgə səylərlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

A

Oxşar Xəbərlər